Paşinyan: Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur

Paşinyan: Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur
SİYASƏT
16:52 14.01.2026
494
Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekciyan və Vaqif Xaçatryan bu yaxınlarda Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq orqanlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq orqanlarının nümayəndələrinə təhvil verilib.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər hazırda Ermənistan Respublikasının ərazisindədirlər.

Paşinyan onu da bildirib ki, ilkin müayinənin nəticələrinə görə Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem yoxdur.

"Vaqif Xaçatryanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir", - Baş nazir əlavə edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR