Paşinyan: Ən geci 2 il sonra Ermənistan və Aİ arasında vizasız rejim olacaq

Paşinyan: Ən geci 2 il sonra Ermənistan və Aİ arasında vizasız rejim olacaq
DÜNYA
16:19 24.05.2026
457
Ən geci 2 il sonra Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim olacaq.

APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Hazırda Vətəndaş Müqaviləsi Partiyasının lideri qismində seçicilərlə görüş keçirən Nikol Paşinyan deyib ki, maksimum 2 il ərzində Ermənistan vətəndaşları "Şirak” hava limanından Larnaka şəhərinə vizasız uça biləcəklər.

Xatırladaq ki, Ermənistan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar rəsmi olaraq 2024-cü ilin dekabr ayında başlayıb.
OXŞAR XƏBƏRLƏR