Paşinyan: Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm

Paşinyan: Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm
DÜNYA
09:37 08.07.2025
292
Ermənistan Baş naziri Nikol Paşinyan erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəyini bildirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Paşinyan sosial şəbəkədə yazıb ki, o, şəxsən "anti-dövlət qruplaşması" tərəfindən ələ keçirilən erməni kilsəsinin "azad edilməsinə" rəhbərlik edəcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistandakı təhlükəsizlik qüvvələri iki yepiskopu saxlayıb, onlar hakimiyyəti qəsb etmək cəhdi ilə ittiham olunurlar.
OXŞAR XƏBƏRLƏR