Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır
SİYASƏT
09:55 14.10.2026
155
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb.

Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır: "Həmçinin sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazilərlə dəyişməlidir".

Paşinyan qeyd edib ki, "Sülhün kəsişməsi” ("Crossroads of Peace”) layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır".

Ermənistan hökumət başçısının sözlərinə görə, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülh məhz bu formada təmin edilə bilər.

///apa.az///
OXŞAR XƏBƏRLƏR