Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”

Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
SOSİAL
16:47 15.08.2025
902
Sabiq təhsil naziri Misir Mərdanovun Ermənistan və Ermənistanın baş naziri Nikol Paşinyan ilə bağlı müsahibəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

O müsahibəsində "Paşinyan bizim rayondan - İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı” deyib.
 
Fikirləri gündəm olunan sabiq nazir Misir Mərdanov AZXEBER.COM-a açıqlamasında Paşinyan haqda fikirlərinə belə aydınlıq gətirib:

"İlk onu bildirim ki, bizim kənddə heç vaxt erməni yaşamayıb. Ancaq rayonumuz erməni rayonu olub. Mən şəxsən Paşinyanı və əmisini tanımıram. Ancaq danışılanlardan eşitmişəm ki, bizim rayonda tanınmış həkim olub. Onun üzünü də heç vaxt görməmişəm. Görə də bilməzdim. Çünki mən orta məktəbi qurtarıb Bakıya gəlmişəm. Mən olanı və eşitdiyimi demişəm. 

Misir Mərdanov onu tənqid edənlər haqda da danışıb:

"Haqqımda kim nə deyir desin. Mən heç kəsi tərifləməmişəm. Sadəcə olaraq eşitdiklərimi danışmışam. Mənim eşitdiklərimi müzakirə edənlər nə tez unutdu ki, 1988-ci ilə qədər Bakıda əsas vəzifələri ermənilər tutmuşdu. Bunu hamı bilir, bilməyən yoxdur. Böyük küçələrimizin adı ermənilərin adına idi".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR