Paşinyan Qaregini çevriliş planlaşdırmaqda ittiham etdi

Paşinyan Qaregini çevriliş planlaşdırmaqda ittiham etdi
DÜNYA
12:44 07.07.2025
322
Ermənistanın baş naziri Nikol Paşinyan Apostol Kilsəsinin ruhani lideri Qaregin çevriliş planlaşdıranları dəstəklədiyini bildirib.

AZXEBER.COM xarici mətbuata istnadən xəbər verir ki, baş nazir Paşinyan, "Əgər Ktrij Nersisyan (II.Qaregin) Qalstanyan və Ajapahyanın həbsini qanunsuz hesab edərsə, o zaman onların çevriliş etmək, insanları divarlara vurmaq və ölkədə xaos yaratmaq planlarını və ideologiyalarını bölüşür” deyib.

Erməni Apostol Kilsəsinin qərargahında təhlükəsizlik qüvvələrinin fəaliyyətinin qarşısının alına bilməyəcəyini vurğulayan Paşinyan Qaregini tənqid edib.
 
O, Qareginin və onun bəzi çevrəsinin "mənəvi tənəzzüldə” olduğunu iddia edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR