Paşinyan Rusiyaya xəyanət edib, Qərbə sığındı - Ermənistanı nə gözləyir?

Paşinyan Rusiyaya xəyanət edib, Qərbə sığındı - Ermənistanı nə gözləyir?
SİYASƏT
17:06 07.09.2023
301
"Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın "La Repubblica” nəşrinə müsahibəsində səsləndirdiyi "Biz bir gün ayılıb görəcəyik  ki, Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda yoxdur” fikri Rusiyaya arxadan vurulan yeni bir zərbə və unudulmaz xəyanətin ifadəsidir. Bu bir daha sübut edir ki, Ermənistan hakimiyyəti Rusiyadan daha tez can qurtarmaq, Qərbin qoltuğuna sığınmaq arzusundadır. Öz arzusunu həqiqətə çevirmək üçün Paşinyan və komandası xeyli müddətdir ciddi cəhdlər göstərir, Rusiyanı Ermənistana dəstək verməməkdə, 44 günlük müharibə dövründə ona lazımi kömək göstərməməkdə, təcavüzkarların tərəfində hətta vuruşmamaqda günahlandırır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə  Ermənistan dövlətini Azərbaycan ərazisində yaradan və bu günə kimi ona ən çox dəstək verən Rusiyadır:

"Əgər Rusiya olmasaydı, Ermənistan dövlətinin varlığından, bu millətin harınlığından, təcavüzündən, silahlanmasından, Azərbaycan torpaqlarını işğal etməsindən söhbət gedə bilməzdi. Hazırda da Rusiya Ermənistanın arxasındadır, bu ölkənin ərazisində öz hərbi bazasını yerləşdirib, Ermənistanı silahla təmin edir, Qarabağ separatçılarına silah - sursat ötürülməsinə gizli yollarla imkan yaradır.
Dünyaya yaxşı məlumdur ki, Ermənistan Rusiyanın pol-postudur, onun quludur. Belə olan halda Paşinyanın söylədikləri təəccüb doğurmaya, insanı düşündürməyə bilməz. Bu fikirləri əlbəttə baş nazirin Qərbə yarınması, Avropanın dəstəyini qazanması, xarici dövlətlər qarşısında götürdüyü öhdəliklərə əməl etməsi kimi qiymətləndirmək də, Rusiyadan narazılıq şousu yaratmaq, Azərbaycanı arxayın salmaq kimi də dəyərləndirmək olar. Ancaq bütün hallarda Paşinyan səhv edir, yanılır”.

Deputat hesab edir ki, baş nazirin kimlərə xidmət etdiyi, hansı yolla getdiyi, söylədiklərinin nə məqsəd daşıdığı hamıya məlumdur.

"Nikol hələ də eyforiyadadır. Fransanın, Qərbin, NATO-nun bəzi əməkdaşlarının çaldığına oynayır, onların yalan, saxta vədlərinə uyub, xəyallar içərisindədir. Belə getsə, o yuxudan gec ayılacaq və ayılanda Ermənistanın yoxluğunu görəcəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev reallıqları, mövcud vəziyyəti, dünyada baş verən hadisələri zərgər dəqiqliyi ilə ölçüb - biçərək özünün balanslaşdırılmış siyasətini uğurla həyata keçirir, beynəlxalq aləmdə dövlətimizin nüfuzunu yüksəldir və Ermənistanın məğlubiyyətinə yollar açır”. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq