Ermənistanda baş nazir Nikol Paşinyana qarşı mitinqlər davam edir.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Etirazçılar onun istefasını tələb edirlər.
Ermənistanın paytaxtı İrəvanda etirazçılar bir neçə küçə və yolu bağlayıblar. Məlumata görə, polis 400-dən çox adamı saxlayıb.
Polis etirazçıları saxlasa da, meydanlarda insanların sayı artır. Polislər onlarla mülki vətəndaşı, həmçinin "Vətən” partiyasının dörd üzvünü polis bölməsinə aparıblar.
Məlumata görə, aksiyalarda 414 nəfər saxlanılıb.