Pavel Durov Fransada yenidən dindirilib

Pavel Durov Fransada yenidən dindirilib
DÜNYA
20:44 28.07.2025
283
"Telegram”ın təsisçisi Pavel Durov Paris məhkəməsində dindirilib.

Bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, o, "platformanın cinayət fəaliyyətində mümkün iştirakı" ilə bağlı yenidən dindirilib.

Məlumata görə, P.Durov dörd vəkilin müşayiəti ilə yerli vaxtla səhər saat 10 radələrində (Bakı vaxtı ilə günorta - red.) Paris məhkəməsinə gəlib.

Sosial şəbəkənin qurucusu və onun vəkilləri bu məlumatı şərh etməkdən imtina ediblər.

Xatırladaq ki, 2024-cü ilin avqustunda P.Durov Paris hava limanında saxlanılıb. Ona qarşı Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdiyi üçün altı maddə ilə ittiham irəli sürülüb. P.Durov 5 milyon avro məbləğində girov ödəmək və ölkəni tərk etməmək öhdəliyi ilə sərbəst buraxılıb. Dekabrda Paris məhkəməsi onu ilk dəfə işin mahiyyəti üzrə dindirib.

/report
OXŞAR XƏBƏRLƏR