Havaların dəyişkən keçməsi ilə əlaqədar qrip və digər infeksion xəstəliklərə yoluxma halları artıb.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, həkimlərin sözlərinə görə, son vaxtlar virusa yoluxanlar arasında həm böyüklərin, həm də uşaqların sayı artıb.
İnfeksionistin sözlərinə görə, xəstəliklərdən qorunmaq və yoluxma riskini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Həkimlər xəstəlik əlamətləri müşahidə olunan şəxslərin digər insanlarla təmasının mümkün qədər məhdudlaşdırmasını tövsiyə edirlər. Eyni zamanda, uşaqların və yaşlı insanların sağlamlığına daha diqqətlə yanaşılması, onlarda hər hansı simptom müşahidə edildikdə vaxtında həkimə müraciət olunması məsləhət görülür.











































