AZXEBER.COM Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 16:00-dək “Albalılıq” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Albalılıq ərazisi və Binə qəsəbəsinin Atçılıq adlanan yaşayış sahəsinə təbii qazın verilişində fasilələr yaranacaq.