Paytaxtda avtobus aşdı: 8 yaralı

Paytaxtda avtobus aşdı: 8 yaralı
Bütün Xəbərlər
11:31 20.02.2012
1595
Ötən gün Bakı-Qazax yolunun 17-ci kilometrliyində, Bakının Qaradağ rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avtobusun qəzaya uğramasına səbəb sürücünün yolu itirməsi olub və nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtobusdakı sərnişinlərdən yeddisi və sürücü çox da ağır olmayan xəsarətlər alıb.
OXŞAR XƏBƏRLƏR