Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
SOSİAL
16:11 08.09.2026
108
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Fərhad saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.
 

OXŞAR XƏBƏRLƏR