“Zor eləmişəm, gedin nə istəyirsiniz eləyin”.
Bakı şəhərində insanlığa yaraşmayan vəhşilik edilib. Sosial şəbəkədə heyvansevərlərdən biri dəhşətli foto yayıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, həmin fotoda itə qarşı edilmiş vəhşilik tam çılpaqlığı ilə görünür.
Heyvansevər şəxs fotoya aydınlıq da gətirib:
“Dəhşətli xəbərlə oyandıq. Bir neçə gün əvvəl Bakıxanov qəsəbəsində ağaca bağlı bir it tapılmışdı. Könüllü heyvansevərlər onu veterinara apardılar, müalicə elədi, sahib axtarmağa başlayan vaxt bir oğlan onu bizdən istədi və könüllülərə söz verdi ki, çox yaxşı baxacaq. İti evinə apardığı gün bıçaqla kəsib, qoca Doggie-ni öldürüb. Öldürdükdən sonra da şəkillərini çəkib könüllülərə göndərib. “Zor eləmişəm, gedin nə istəyirsiniz eləyin” deyib”.
