Paytaxtda külli miqdarda qaçaqmalçılıq məhsulları tapıldı

Paytaxtda külli miqdarda qaçaqmalçılıq məhsulları tapıldı
Bütün Xəbərlər
14:38 12.09.2014
709
Faktla bağlı təhqiqat aparılır.
Bakıda külli miqdarda qaçaqmalçılıq məhsulları aşkar edilib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, hadisə komitənin Aksiz Baş Gömrük İdarəsi və Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı baş verib.
Belə ki, keçirilən birgə əməliyyatda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış olub.
Baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR