Paytaxtda müşahidə olunan qurdlar məhv edilir - FOTOLAR

Paytaxtda müşahidə olunan qurdlar məhv edilir - FOTOLAR
SOSİAL
11:38 25.10.2025
122
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur:
 
"Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalandığı müəyyən olunub”.

Qeyd edilib ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur: "Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika Ağ kəpənəyinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.

Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir”.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
20:17 27.10.2026
Avstriya, Türkiyə və Azərbaycan parlamentləri arasında əməkdaşlıq müzakirə edilib
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
20:15 27.10.2026
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq