Paytaxtda oğurluq edən şəxslər saxlanıldı

Paytaxtda oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
17:00 28.08.2026
177
Xəzər rayon sakini olan bir nəfər polisə müraciət edərək "KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1000 manat olan 4 ədəd akkumulyatorun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Mirələmov saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, paytaxtın Binəqədi və Yasamal rayonları ərazilərində də talama cinayətləri qeydə alınıb. Zərərçəkən şəxslər polisə müraciət edərək "Toyota” markalı avtomobildən mobil telefonlar, içərisində nağd pul və digər şəxsi əşyalar olan çanta, eləcə də velosipedin oğurlandığı barədə məlumat veriblər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən R.Mikayılov, A.Abdurahmanov və K.Heydərov saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR