Paytaxtda zəncirvari qəza baş verdi

Paytaxtda zəncirvari qəza baş verdi
Bütün Xəbərlər
10:12 29.07.2014
450
Paytaxtda zəncirvari yol qəzası baş verib.AZXEBER.COM-un məlumatına görə, yol nəqliyyat hadisəsi Səbail rayonunda qeydə alınıb. Hadisə zamanı 26 yaşlı Vurğun Əliyev "Mercedes" markalı avtomobili Qurban Abbasov küçəsi ilə əks istiqamətdə idarə edərkən bu zaman o, avtomobili yol kənarında dayanan başqa "Mercedes"ə çırpıb. Zərbənin gücündən "Mercedes" arxada dayanan və Arzu Nəsibova məxsus "Bmw" markalı avtomobilə də dəyib.Hadisə nəticəsində vurulan "Mercedes"in sahibi Vüqar Babayev yüngül xəsarət alıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Hadisədən sonra əraziyə yol patrul xidmətinin əməkdaşlari cəlb olunub. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisəyə Vurğun Əliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.
OXŞAR XƏBƏRLƏR