Azərbaycan Dövlət Neft Şirkətindən AZXEBER.COM-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, sabah 10 aprel tarixində saat 10:00-dan 18:00-dək Buzovna Avtomatik Qazpaylayıcı Stansiyasına gedən magistral qaz kəmərində qaz təchizatı dayandırılacaq.Təmir işləri aparılan müddətdə Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.