"Pedofiliyaya meyli olan bir şəxsin fərqinə varmaq olduqca çətindir, səbəb..."

"Pedofiliyaya meyli olan bir şəxsin fərqinə varmaq olduqca çətindir, səbəb..."
SOSİAL
18:14 21.08.2017
1648
"Bu hadisələrə göz yummaq gələcəyin uşaq istismarçılarının yetişməsinə səbəb olmaq deməkdir" 

Son vaxtlar azyaşlı uşaqlarla bağlı yaşanan seksual xarakterli zorakılıq hallarının artması cəmiyyətdə ciddi narahatlığa səbəb olmaqdadır. Maraqlıdır,getdikcə artmaqda olan bu tendensiyanın arxasında hansısa psixoloji amil, psixoloji problem dayanırmı? Uşaqları hədəf seçən bu insanlar cinyətkarlar, yoxsa psixoloji çatışmazlığı, qüsuru olan şəxslər kimi xarakterizə edilməlidir?

AZXEBER.COM-a açıqlama verən Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü psixoloq Səbinə Bayramova məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Yetkin bir şəxsin yeniyetməlik öncəsi, yəni 4-11 yaş arası uşaqlara qarşı cinsi istək duyması "pedofiliya" adlanır. Pedofiliya daha çox kişilərdə rast gəlinən psixoloji xəstəlik olmaqla yanaşı, həm də bir cinayət kimi qəbul edilməkdədir. Nadir hallarda qadınlarda da rast gəlinir. Pedofillər ümumiyyətlə, zorakılıq etmədən toxunar, cinsi məzmunlu müzakirələr etdikdən, şəkillər və ya filmlər göstərmək kimi yollara baş vurduqdan sonra təcavüz işini reallaşdırarlar. Yəni öncədən planlamış olurlar. Bu şəxslərin əksəriyyəti özü də uşaq ikən cinsi istismara ya da təcavüzə uğramış olurlar. Üstəlik bu şəxslər çevrəsiylə uyğunluq təşkil edən, şübhə oyandırmayan peşə və status sahibi olurlar və çox təəssüf ki, müəllimlər, qohumlar, qonşular kimi uşağın tanıdığı və güvəndiyi şəxslərdir. Bu səbəbdən pedofiliyaya meyli olan bir şəxsin fərqinə varmaq olduqca çətindir. Lakin pedofillərin ailə içində və kənarda sosial münasibətləri daha çox içə qapalı, yoldaşı və ya ailəsi ilə isti münasibət qura bilməyən psixopatik, psixoseksual və sosial baxımdan yetkinləşməmiş şəxsiyyət xüsusiyyətlərinə sahib olduğunu bilməmizdə fayda var.

Pedofiliya diaqnozu qoymaq üçün şəxsin ən az 16 yaşı olmalıdır və törətdiyi cinsi hadisədə uşaqlardan ən az 5 yaş böyük olması lazımdır.Ümumiyyətlə, pedofiliyanın müalicəsi olduqca çətindir. Çünki pedofillərin böyük bir qismi müalicəni çox təəssüf ki, rədd edirlər. Könüllü şəkildə mütəxəssisə müraciət etmələri müalicə üçün önəmlidir. Bu xəstələrdə psixoterapiya və koqnitiv terapiyalar işə yaraya bilər. Nəticə etibarı ilə uşaq istismarı və etinasızlığı xalq sağlamlığı problemidir. İstismar və etinasızlıq təhsil səviyyəsi azaldıqca,artan bir qavram olduğu üçün ciddi şəkildə maariflənmə aparılmalıdır. Unutmayaq ki, bu hadisələrə göz yummaq gələcəyin ruhi sağlamlığı pozuq fərdlərinin və hətta gələcəyin uşaq istismarçılarının yetişməsinə səbəb olmaq deməkdir".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tərtərdə it sahibini parçalayıb
20:20 09.08.2025
Tərtərdə it sahibini parçalayıb
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
20:12 09.08.2025
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
19:57 09.08.2025
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
“Xəyal edilməyəni siz real etdiniz”
19:43 09.08.2025
“Xəyal edilməyəni siz real etdiniz”
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
19:28 09.08.2025
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq