Pedro rəsmən "Çelsi"də!

İDMAN
18:30 20.08.2015
1667
Çelsi" "Barselona"nın futbolçusu Pedro Rodriqesin keçidini rəsmiləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi ispaniyalı futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Bu transfer "Çelsi"yə 30 milyon avroya başa gəlib. İngiltərə klubuna keçidi ilə bağlı danışan Pedro deyib:
"Çox xoşbəxtəm. Yeni bir macəraya başlayıram. Buraya kuboklar qazanmaq üçün gəldim. Mənə bu imkanı yaradan və dəstək olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pedro 2008-ci ildən "Barselona"nın əsas komandasında çıxış edib. O, keçirdiyi 204 oyunda 58 qol vurub.
OXŞAR XƏBƏRLƏR