Pəhriz üçün çörək yeməyənlərə bəd xəbər

SAĞLAMLIQ
00:25 13.01.2023
703
Bu gün gənclər tərəfindən tez-tez təkrarlanan "Mən çörək yemirəm” kimi söhbətlər və internetdən təsadüfi seçilib tətbiq edilən pəhrizlər çox yanlışdır.

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bu cür şəxslərə diqqətli olmağı tövsiyyə edib.

Qida müalicəsinin fərdi olması lazım olduğuna diqqət çəkən dietoloqlar qeyd edib ki, bir insanın arıqlamaq, kökəlmək və ya başqa bir məqsədlə qidalanma terapiyasına ehtiyacı varsa, bu məsələdə mütəxəssislərdən dəstək almalıdır.

Bildirilir ki, burada vacib olan sağlam qaynaqlar, dənli bitkilər, paxlalılar, mövsümi tərəvəz və meyvələrin pəhrizdə daha çox istehlak edilməsi və gündəlik enerji ehtiyacının 50 faizinin orta hesabla bu mənbələrdən təmin edilməsidir.

Pəhrizdə karbohidratların həddindən artıq məhdudlaşdırılmasının da ürək ritm pozğunluqlarına səbəb olduğunu söyləyən mütəxəssislər bildirir ki, bu, infarkt riskini artırır.

Aydın

OXŞAR XƏBƏRLƏR