"Mübahisə Tofiq Qasımovun Türkiyəyə 32 dəfə, Moskvaya yalnız 1 dəfə getməsi ilə bağlı replikasından başladı. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim".
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn canlı efirdə politoloq Tofiq Abbaslı ilə olan əlbəyaxa davasına münasibət bildirərkən deyib. O həmçinin, hər kəsin öz mövqeyini bildirmək hüququnun olduğunu da deyib:
"Gərək belə hallar verilişdə olmasın. Uşaqlıqdan belə şeylər baş verir. Mən demirəm ki, xüsusi peşmançılığım var. Sadəcə, gərək, olmayaydı. Hər halda, yaşımız da o yaş deyil".