“Penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalıb” - Fikrət Məmmədov

“Penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalıb” - Fikrət Məmmədov
Bütün Xəbərlər
12:23 22.11.2013
803

Gəncə, Kürdəmir, Lənkəran və Bakının Umbakı qəsəbəsində yeni penitensiar müəssisə və komplekslər tikilir.

AZXEBER.COM-un məlumatına görə, bunu “Respublika” qəzetinə müsahibəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdeyib.Məhkumların sağlamlığının qorunması ilə bağlı görülən işlərdən danışan nazirin məhkumlar arasında xəstəlikdən ölüm hallarının dəfələrlə azaldığını da diqqətə çatdırıb:“Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq nəticəsində vərəm xəstəliyinə düçar olmuş məhkumlar üçün xüsusi yaradılmış İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və yeni müalicə korpusları istifadəyə verilib.Vərəm xəstəliyinin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə daha tez – 1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə Azərbaycanda tətbiqinə başlanıldı. Bunun nəticəsidir ki, vərəmdən ölüm halları 38 dəfəyədək, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalıb”.

OXŞAR XƏBƏRLƏR