Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) yeni təyinat olub.
Ədliyyə polkovniki Məhərrəm Qafarov Xidmətin rəis müavini təyin edilib.
Qeyd edək ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovdur. C.Həsənov PX rəisi vəzifəsinə bu ilin iyun ayında təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
//report