Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…

Pensiya ilə bağlı gözlənilən qərar - Yığılan yüz minlərlə manat…
SOSİAL
19:23 08.08.2026
538
İqtisadçı, sabiq deputat Vahid Əhmədovun açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, pensiya sistemində dəyişikliklərə ehtiyac var.

Sitat: "İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyir və onların fərdi hesablarında vəsait toplanır. Elə şəxslər var ki, həmin hesabda 200-400 min manat vəsait formalaşıb. Hesab edirəm ki, onlar pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını qarşılamaq üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına topladığı vəsaitdir”.

Bu təklifin həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarına uyğundurmu?

AZXEBER.COM xəbər verir ki, "globalinfo.az”a danışan iqtisadçı Eyyub Kərimlinin fikrincə, pensiya sistemində hərtərəfli islahatların keçirilməsi məqsədəuyğun olardı:

"Vahid Əhmədovun qeyd etdiyi məsələlərin həyata keçirilməsi, hesab edirəm ki, ölkəmizdə özəl pensiya fondlarının fəaliyyəti mümkün olduqdan və onlar fəaliyyətə başladıqdan sonra reallaşa bilər. Həmin məsələlər də məhz o zaman öz həllini tapa bilər. Əlbəttə ki, kimin sığorta pensiyası kapitalı daha yüksəkdirsə, o şəxs daha yüksək pensiya ala bilər. Bildiyiniz kimi, bizdə sosial sığorta sistemində daha yüksək pensiya kapitalı toplayan şəxs, bir qayda olaraq, daha yüksək pensiya alır”.

İqtisadçı deyib ki, Vahid Əhmədovun qeyd etdiyi məsələyə gələcəkdə baxıla bilər:

"Beynəlxalq təcrübədə də, əsasən Türkiyədə, bəzən belə hallara rast gəlinir ki, insanlar pensiya kapitalının müəyyən hissəsini əvvəlcədən, birdəfəlik götürmək imkanına malik olurlar. Gələcəkdə Azərbaycanda da belə imkanların yaradılması mümkündür. Hazırda isə mövcud pensiya sistemində bunun həyata keçirilməsi nəzərdə tutulmur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?
22:23 23.09.2026
Sərxanın Rusiyaya girişinə niyə “stop” qoyulub?