‘Pensiyalar artacaq’ - DSMF-nin yeni sədri

SİYASƏT
12:53 20.12.2013
2466

Azərbaycanda gələn il pensiyaların orta aylıq məbləğı artacaq.

AZXEBER.COM xəbər verir ki, bu haqda YAP-ın saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun yeni sədri Elman Mehdiyev xəbər verib. O, bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2 faiz və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi, yəni 100,7 milyon manatı isə xüsusi əlavələr alan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s. pensiyaçıların qulluq stajına görə əlavələrinin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcək. “Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaq”.

E. Mehdiyev deyib ki, nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq: “Məlumat üçün bildirim ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dollarıdır və bu MDB məkanında Qazaxıstandandakı 185 ABŞ dolları və Belarusdakı 129 ABŞ dolları səviyyəsindən sonra 3-cü göstəricidir. Bu məbləğ Rusiyada 108,7 ABŞ dolları, Ukraynada 118,8 ABŞ dolları təşkil edir. Son 10 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə, minimum məbləği 7,1 dəfə artıb ki, bu, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu göstərici üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstandan 1,4 dəfə yuxarıdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər