“Perfetto” restoranının əmlakı siyahıya alınıb

İQTİSADİYYAT
17:30 29.10.2013
1693

Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində “Optimal” kosmetika və parfümeriya mağazasının və “Perfetto” restoranının əmlakı siyahıya alınıb.

Bu barədəVergilər Nazirliyindən məlumat verilib. Məlumata görə, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 13A, mənzil 25 ünvanında yerləşən “Optimal” kosmetika və parfümeriya mağazasının fəaliyyəti araşdırılarkən, 1724 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib.Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib.Cari ilin oktyabr ayında Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi mağazadakı əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 1790 manatlıq müxtəlif növ parfümeriya ləvazimatları müəyyən edilmiş qaydada siyahıya alınıb.Eyni zamanda, Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanda yerləşən “Perfetto” yeməkxanasında da əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.Mağazanın 1690 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb və 2 min manatlıq mebel dəstləri müəyyən edilmiş qaydada siyahıya alınıb.

OXŞAR XƏBƏRLƏR