Perunun şimalındakı Lima bölgəsində, Paramonqada əyalətlərarası avtobusun aşması nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, avtobus Karazdan Limaya gedirmiş.
Pativilca-Huaraz avtomobil yolunun 19-cu kilometrliyində, Olla Çika və Olla Qrande rayonları arasında aşıb.
Yaralılar Pativilka və Barranka xəstəxanalarına aparılıb, bəzilərinin vəziyyəti ağırdır.