Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: "32 yaşımda düzgün diaqnoz qoyuldu"

Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: "32 yaşımda düzgün diaqnoz qoyuldu"
MAQAZİN
19:13 09.07.2026
271
Aktrisa Pərvin Abıyeva keçirdiyi ağır xəstəliklə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, aktrisa axlorhidriya xəstəliyindən əziyyət çəkdiyini və uzun illər düzgün diaqnoz qoyula bilmədiyini bildirib.

"Bu əməliyyat Azərbaycanda aparılmır. Xəstəliyin diaqnozu yalnız bir xəstəxanada qoyulur. Mənə də yalnız 32 yaşımda düzgün diaqnoz qoyula bildi. O vaxta qədər heç bir xəstəxanada bunu müəyyən edə bilməmişdilər.

Əməliyyat Azərbaycanda edilmir. Türkiyədə isə bu əməliyyatı cəmi bir həkim həyata keçirir. Çox çətin bir xəstəlikdir. Çalışın, bu xəstəliyə tutulmayın. Əsas səbəblərdən biri də stressdir.

Üç il əvvəl əməliyyat olundum, amma təəssüf ki, faydası olmadı. Müayinəsi də olduqca ağır prosesdir. Qalın zond burundan mədəyə endirilir və bu zaman pasiyent ayıq vəziyyətdə olur. Əməliyyatdan sonra isə uzun müddət xəstəxanada qalmalı, yalnız buz yeməli, əsəbiləşməməli və ciddi pəhriz saxlamalısınız", – deyə aktrisa bildirib.

OXŞAR XƏBƏRLƏR