​Pərviz Həşimli əfv olundu

​Pərviz Həşimli əfv olundu
SOSİAL
15:40 17.03.2016
2273
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Prezidentin sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlərdən cəzanın çəkilməmiş hissəsindən azad edilənlər arasında jurnalist Pərviz Kamran oğlu Həşimovun (Pərviz Həşimli) da adı var.
Qeyd edək ki, Pərviz Həşimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 15 may tarixli hökmü ilə məhkum edilmiş və 8 il azadlıqdan məhrum olunmuşdu.
P.Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunub.
OXŞAR XƏBƏRLƏR