Pərviz Həşimli Rumıniyada mükafat aldı

Pərviz Həşimli Rumıniyada mükafat aldı
MEDIA
16:22 02.11.2023
176

Rumıniyanın paytaxtı Buxarestdə Türkiyə-Rumıniya Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi, habelə Türkiyə-Rumıniya diplomatik münasibətlərinin 145-ci ili ilə bağlı beynəlxalq səviyyəli tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Rumıniyanın sabiq prezidenti Emil Constantinescu, Türkiyə prezidentinin müşaviri Yalçın Topçu, müxtəlif ölkələrin səfirliklərinin təmsilçiləri, bir sıra tanınmış siyasətçilər və iş adamları iştirak edib.

Mərasimdə gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli də iştirak edib və o ”Cumhuriyyete Hizmet Ödülü”nə layiq görülüb.

Baş redaktora mükafatını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu təqdim edib.



OXŞAR XƏBƏRLƏR