Peskov: Ankarada keçirilən NATO sammiti Kremldə böyük maraq doğurur

Peskov: Ankarada keçirilən NATO sammiti Kremldə böyük maraq doğurur
DÜNYA
18:40 07.07.2026
293
NATO sammiti Kremldə böyük maraq doğurur.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, rəsmi Moskvanın sammitə hazırlıq kontekstində Ankaradan gələn bütün xəbərləri və məlumatları izləyəcəyini söyləyib.

"Ölkəmizlə bağlı bir çox açıqlamalar eşitmişik. Təəssüf ki, bu açıqlamalar konstruktiv əməkdaşlıq və dialoq haqqında deyil, qarşıdurma xarakterli idi. Görəcəyik. Bütün bunlar hansı sənədlərə çevriləcək, hansı açıqlamalar veriləcək, hansı sənədlər imzalanacaq, sammit çərçivəsində ikitərəfli görüşlərdə nələr deyiləcək", - Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
OXŞAR XƏBƏRLƏR