Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır

Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
DÜNYA
18:40 22.09.2026
94
Rusiya tərəfi Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə döyüş əməliyyatlarında müvəqqəti fasilənin deyil, daimi sülhün tərəfdarı olduğunu bəyan edib.

"Putin və Rusiya tərəfi həmişə bildiriblər ki, biz möhkəm sülhün, əbədi sülhün tərəfdarıyıq, mahiyyət etibarilə heç nə verməyəcək atəşkəsin deyil”, - Peskov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR