Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq

Peskov: Zərurət olduğu halda Uitkoffun Rusiyaya növbəti səfəri razılaşdırılacaq
DÜNYA
14:17 19.05.2025
340
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfəri buna ehtiyac yarandığı anda dərhal razılaşdırıla bilər.

Bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Zəruri olduqda bu səfərlər razılaşdırılır və dərhal həyata keçirilir. Burada heç bir problem yoxdur, xüsusi əlaqə kanalları düzgün işləyir. Zərurət yarandığı halda belə əlaqələr, əlbəttə ki, baş tutacaq", - o qeyd edib.
 
///report
OXŞAR XƏBƏRLƏR