Peterburqda Azərbaycan kafesi yandırıldı

DÜNYA
16:31 05.12.2012
1542

Sankt-Peterburqun Kalinin rayonunda kapüşonlu və qara kepkalı naməlum dələduzlar azərbaycanlıya məxsus kafeni yandırmaq istəyiblər.AZXEBER.COM-un məlumatına görə, onlar kafenin pəncərəsindən içəri Molotov kokteyli atıblar.Cinayətdə milli motivin ola biləcəyi ehtimal edilir.Peterburqun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, dekabrın 4-də 55 yaşlı azərbaycanlı, Olqa Forş küçəsində yerləşən “Flamenqo” kafesinin administratoru polisə müraciət edib. O bildirib ki, təqribən saat 1:30 radələrində naməlum dələduzlar kafeni yandırmağa cəhd göstəriblər. Onlar kafenin mətbəxinin şüşəsini qıraraq içərisində tezalışan maye qatışıq olan iki şüşəni kafeyə atıblar. Xoşbəxtlikdən kafe sahibi alovun qarşısını ala bilib.Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR