Peyğəmbəri təhqir edən filmin prodüseri həbs olundu
Bütün Xəbərlər
11:00 28.09.2012
872
Sentyabrın 27-də Los-Ancelesdə “Müsəlmanların məsumluğu” filminin prodüseri Nakulu Bessli Nakulu həbs edilib. Gün.Az-ın Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, 55 yaşlı biznesmen Nakulu vaxtından əvvəl azad edilmə qaydasının şərtlərini pozmaqda ittiham olunur: 2011-ci ildə o, bank fırıldaqçılığına görə 21 aylıq həbsə məhkum olunub.2012-ci ilin iyununda isə vaxtından əvvəl azad edilib.Bu zaman onun qarşısında belə bir şərt qoyulub ki, qayda üzrə vaxt tamam olana qədər o, polisin xüsusi icazəsi olmadan internetdən istifadə etməyəcək və özünə təxəllüslər götürməyəcək. Prodüser isə bu şərti pozaraq özünü misirli Sem Beysil kimi qələmə verib.