Meksikanın cənubunda qarışıq peyvənd edilən iki uşaq ölüb. 29 uşaq isə xəstəxanaya yerləşdirilib
Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İctimai Təhlükəsizlik Təşkilatı vərəm, Hepatit B və rotaviruslara qarşı peyvənd edilən uşaqların ikisinin ölməsi barədə məlumat yayıb.
Xəstəxanaya yerləşdirilən 29 uşaqdan 6-nın vəziyyətinin ağır olduğu bildirilir. Uşaqların xəstələnməsi və ölümünə nəyin səbəb olduğunu öyrənmək üçün araşdırma aparılır. İctimai Təhlükəsizlik Təşkilatı ölkə ərazisində uşaqların peyvəndlənməsinin müvəqqəti olaraq məhdudlaşdırıldığını bildirib.