Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır

Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
DÜNYA
22:45 24.06.2025
674
İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian xalqına müraciətində bildirib.

"Qonşu ölkələrə və bütün regiona bildirirəm ki, biz Yaxın Şərqdə sülh və sabitliyə dərin inamımızı ifadə edirik. İranın nüfuzu və müdafiə gücü həmişə və bundan sonra da qardaş müsəlmanlar və tarixi qonşular arasında sülh və dostluğa xidmət edəcək”, – dövlət başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR