Pezeşkiyandan Ərdoğanla görüş ilə bağlı AÇIQLAMA

Pezeşkiyandan Ərdoğanla görüş ilə bağlı AÇIQLAMA
DÜNYA
23:48 16.06.2025
598
"Müharibəsi qızışdırmaq istəmirik, lakin İrana qarşı hər hansı təcavüzə cavab verəcəyik".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı ilə bağlı sosial media hesabından verdiyi açıqlamada bildirib.

Pezeşkian açıqlamasında  deyib:
 
"Bu gün Türkiyə prezidenti ilə telefon danışığımda müharibəyə başlamadığımızı, lakin sionistlərin cinayətlərinə ixtiyarla cavab verəcəyimizi və eyni səviyyədə hücuma cavab verəcəyimizi vurğuladım. Biz müharibəni qızışdırmaq istəmirik, lakin İrana qarşı istənilən təcavüzə cavab verəcəyik".
 
Oksana
OXŞAR XƏBƏRLƏR