Pezident İlham Əliyev 2012-ci ili 'İdman ili' elan etdi
Bütün Xəbərlər
23:33 16.01.2012
1312
2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. 2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaq. Ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi üçün imkanlar var.AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bildirib.Dövlət investisiya proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini deyən İlham Əliyev bildirib ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcək. Suvarma və meliorasiya, qazlaşma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək.Dövlət başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.O deyib: "2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcək. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 olimpiya-idman kompleksi tikiləcək, Olimpiya stadionun və gimnastika kompleksinin tikintisi fəal mərhələyə keçəcək, T.Bəhrmanov adına stadionun təmir-bərpası davam etdiriləcək"