Pişik Günel: "Paltarda olduğum üçün mənə baxıb gülürdülər"

Pişik Günel: "Paltarda olduğum üçün mənə baxıb gülürdülər"
ŞOU-BİZNES
18:49 03.06.2011
2098

- Xoş gəlmisən, həmişə evində-eşiyində. Afrika səfəriniz necə keçdi?

- Çox sağ ol. 3 təyyarə dəyişərək 18 saatlıq yol getmişdik. Bununla bərabər, hava limanında gözləmişik. Dubaya, oradan da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinə yollandıq. Sonra da Namibiyaya yola düşdük. Getdiyimiz yer cəngəllik idi. Oraya gedənə kimi çadırlarımız artıq qurulmuşdu. Öncə çadırların elə-belə qurulduğunu sanıb, orada qalmayacağımızı düşünürdük. Ancaq konsertimiz bitdikdən sonra məlum oldu ki, bu çadırlarda yaşasıyıq.
Çadırın vəziyyəti elə gündə idi ki, orada uzanıb yatmaq belə, mümkün deyildi. İlk olaraq bunun zarafat olduğunu düşündüm. Lakin sonra doğru olduğunu görəndə çox təəccübləndim. Həmin çadırda 13 gün yaşamalı olduq. Ən maraqlısı da o oldu ki, çamadanım 1 həftədən sonra gəldi. Yarışmanın qaydalarına görə 1 nəfərin səhvininin acısını bütün heyət çəkməli idi. Yarışma zamanı çox yorulurduq.
Komandamızın iştirakçılarının birinin çadırından su çıxdığına görə də bütün heyəti cəzalandırdılar. Həmin günü bizə yemək verilmədi. Hətta bəzi şayiələr gəzdi ki, guya müsahibə verməkdən imtina etmişəm. Xeyir, sadəcə, hava limanına məni qarşılamağa yaxınlarım gəlmişdi. Neçə günlük həsrətdə olduğumuzdan müsahibə vermək yadımdan çıxmışdı.

- Orada kiminləsə münaqişən oldu?
- Bəli, oldu. Orada münaqişə, davalar yaşanırdı. Prodüserimiz Sənanla davalarımız isə lap çox olurdu. Bunu indi etiraf edim ki, orada olarkən Afrika mahnısını oxuya-oxuya mətbəxə girirdim və zənci xanımların başını qatıb soyuducudan yemək oğurlayırdım. Çünki ac qala bilmirəm, qan təzyiqi ilə bağlı orqanizmimdə problemlər var. Hətta yadımdadır ki, qalib gələndən sonra bizə verilmiş içkini ağacın dibində gizlətmişdim.

- Ən çox kiminlə qalmaqal yaşadın?
- Elə böyük davamız olmasa da, xırda mübahisələrimiz olub. Buna səbəb isə həm çox aclıq çəkməyimiz, həm də havaların isti keçməsi idi. Düzün desəm, düşünmürdüm ki, bizdə inkişaf bu dərəcədə güclü ola bilərdi. Çünki bu oyunda dözüm əsas şərt idi. Bu yarışmada hamı eyni hüquq sahibi idi. Yəni heç kim heç kimdən seçilmirdi.

- Sənin komandanda kimlər iştirak edirdi?
- Komandamızın kapitanı Cenk Kemal İçden idi. O, bizə həqiqətən də kapitanlıq edirdi. Digər iştirakçılar isə Malik, Rüfət Axundov, aparıcı Lamiyə, Xanım və mən idim. Hətta gecələr heyvanların səsini eşidən kimi Cenki çağırırdıq. O,isə bizə kömək edirdi. Orada heç kimə güzəşt olunmadı.

- Yəni doğrudan da, yarışda ayrı-seçkilik olmadı?
- Qətiyyən! Elə bir şey yox idi. Qayda-qanun hamı üçün keçərli idi. Hətta bizə o biri iştirakçılarla danışmağa belə, icazə verilmirdi. Telefonla danışmağa da qadağa qoyulmuşdu. Ancaq qalib gələndən sonra danışmağa icazə verirdilər. Amma əgər yığdığın nömrəyə düşmədinsə, ikinci dəfə yığa bilmərsən.

- Orada yırtıcı heyvanlar çox idi?
- Əlbəttə, var idi. İlk günlər çox qorxurduq, ancaq sonra öyrəşdik. Sonralar gözümüzün önündə varanları gördükdə qorxmurduq. Hər gün bizə ceyran əti verirdilər. Ancaq bəlkə də bu heyvanın əti adı ilə başqa heyvanın ətini bizlərə yedizdirirdilər (gülür...) Təbii ki, mən bunları yemirdim.

- Bəs nə ilə qidalanırdın?
- Başımı yumurta çörəklə birtəhər qatırdım. Buna görə də bir az arıqlamışam. Deyim ki, Aygün Kazımova orada mənə doğrudan da, böyük bacılıq etdi. Hətta orada olarkən səhhətimdə yaranan problemi o həll etdi. Təsəvvür edin ki, 40 dərəcə hərarətim var idi.

- Aygün Kazımova ilə iştirak etdiyin oyunlarda Aygün xanımın rəhbərliyi ilə qrup yaranır və onlar sənə qarşı çıxırlar. Bu dəfə necə oldu?
- Yox. Bu oyunda elə bir şey olmadı. Digər oyunlara təkləyirdilər, çünki orada böyük bacım yox idi.

- Ancaq onun komandası ilə oynayırdın...
- Əgər insan o şoudan çıxırsa, komandası olmur. İnanıram ki, “Maşın şouda” da Aygün Kazımova olsa idi, yenə mənə böyük bacılıq edərdi. “Maşın şou”dakı iştirakçıların fikirləri mənim üçün maraqlı deyildi. Mənə əsas tamaşaçıların fikri idi. Orada şahidi olduq ki, çoxlu fanat sevgisindən danışanlar səs toplaya bilməyib, oyunu tərk edirdilər.

- Bildiyimizə görə, bu yarışmada sən uğur qazana bilmədin?
- Orada hər şey SMS-lə bağlı idi. Düzünü desəm, bir az tərsliyim tutmuşdu. Yerimdən imtina edib Lamiyəyə verdim. O da gedib adımızı batırdı.

- Oyunu niyə tərk etdin ki?
- Orada biraz söz-söhbət olmuşdu. Xanım elə birinci oyunda uduzmuşdu. Biz də elə ilk oyundan onun adını yazmışdıq. Əslində, nə qədər çətin keçsə də, hər çey çox maraqlı idi. Yadımdadır ki, qarşı komandanın iştirakçıları ac olanda kapyuşonlu koftamı geyinirdim, mətbəxdən oğurluq edirdim. Yeməyi qoyurdum kapşonuma, saçımı da tökürdüm üstünə, gizlədib, keçirirdim. Udan komandaya ağ balıq bişirib verirdilər. Biz qalib gəldik, qarşı komanda isə ac qaldı. Onlara görə qərar verdim ki, balıq yeməyəcəm. Ancaq əslində çox ac idim. Lakin onlara dedim ki iştahım yoxdur. Həmin günü o balığı kapyuşonumda gizlədib o biri komandaya gətirdim.

- Yarışma nədən ibarət idi?
- Çox çətin sınaqlar var idi. Hətta qumun üzərində xizəklər də var idi. Ancaq buna baxmayaraq, hər şey maraqlı idi. Bütün bu hərəkətləri hər zaman televiziyalarda görürdük. Canlı olaraq həmin hissləri yaşamaq tamam başqadır. Orada hətta çılpaq insanları da gördük.

- Siz də çılpaqdınız?
- Yox, biz çılpaq deyildik. Paltarda olduğumuz üçün onlar bizə baxıb gülürdülər. Bir çox qəbilələrlə tanış olduq. Onların adət-ənənələrini öyrəndik.

- SMS-lə keçirilən yarışmada uğur əldə edəcəyinə inanırsan?
- İnşallah. Niyə də yox!? İnanıram ki, SMS sarıdan məndə problem olmayacaq.

- Keçsən, əsas mükafat uörunda sən də mübarizə aparacaqsan?
- Yox, bu SMS yarışmasında udan kəs Azərbaycan bayrağını ən uca zirvəyə sancacaqlar. Düşünürəm ki, bu hər bir Azərbaycan vətəndaşının arzsudur.

- Yarışmaya getməyə peşman olmadın?
- Yox, çünki ən azından bu yarışmada özümüzü yüksək səviyyədə nümayiş etdirə bildik. Burada həm yemək, həm də tapşırıqlar uğrunda mübarizə gedirdi. Hətta hər şeydən iyrənən Günel bankalarda olan iyrənc həşəratların içindən açarları çıxardırdı. Əsas o idi ki, həmin açarı çıxartdım. Əgər uduzsaydıq, hamı ac qalardı və həmin 5 nəfər də məni yeyərdilər (gülür).
Maraqlı məqamlardan biri də o idi ki, avtobusla gedərkən dağlara baxıb orada insan üzləri gördük. Ancaq həmin üzlər çox qəmli, kədərli idilər. Sanki həmin insanlar göz yaşı tökürdülər. Həyatımda ilk dəfə idi ki belə şeylər görürdüm.


OXŞAR XƏBƏRLƏR