Pilotlarımız türk F-16-ları ilə şou göstərdi - FOTOLAR

Pilotlarımız türk F-16-ları ilə şou göstərdi - FOTOLAR
Bütün Xəbərlər
12:17 24.09.2014
1329
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.
AZXEBER.COM Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.
Təlim uçuşları zamanı pilotların bu tip təyyarələrin idarə olunması üzrə peşəkar bacarıqları və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR