İtaliya "Yuventus"unun sabiq baş məşqçisi Andrea Pirlo Portuqaliyanın "Braqa" klubuna rəhbərlik edə bilər.
Braqa təmsilçisi cari mövsümün sonunda 43 yaşlı mütəxəssisə təklif göndərmək istəyir.
Pirlo 2020-ci ilin avqustundan növbəti ilin mayınadək Turin klubunun sükanı arxasında olub. Bu, gənc mütəxəssisin məşqçilik karyerasında ilk təcrübəsidir.
Qeyd edək ki, "Braqa" Portuqaliya çempionatında 29 oyundan sonra 55 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
///Report