Pirşağı qəsəbə sakininin evindən tapança tapıldı

Pirşağı qəsəbə sakininin evindən tapança tapıldı
Bütün Xəbərlər
14:43 16.11.2012
1510
Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində polis uğurlu əməliyyat keçirib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbə sakini Kamil Bədəlov saxlanılıb. Onun evinə baxış zamanı 23,93 qram marixuana, 1 ədəd “Rairal-MP 654” markalı pnevmatik tapança tapılıb. Bundan başqa, Adil Orucova, Nəsir Əmirova, Zahid Əmirova, Oktay Məmmədova və Fərəc Muradova məxsus avtomaşınlara aid sənədlər və dövlət nömrə nişanları aşkar edilərək götürülüb.
OXŞAR XƏBƏRLƏR