Son günlər çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır nəticələrə səbəb olur.
Ötən gün Mərdəkan çimərliyinin nəzarətsiz hissəsində 4 gəncin boğularaq ölməsi bu təhlükənin nə qədər ciddi olduğunu bir daha göstərdi.
Bəs nəzarətsiz ərazilərdə çimmək niyə risklidir?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili AZXEBER.COM-a açıqlamasında bildirib ki, xilasedici olmayan ərazilər təhlükəlidir.
"Xilasedici olmayan bütün su hövzələri təhlükəlidir. Çünki xilasedicilərin olduğu çimərliklərdə xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilir, sualtı müayinələr aparılır və digər zəruri nəzarət işləri görülür. Nəzarətsiz çimərliklərdə isə bu tədbirlər həyata keçirilmir, çünki həmin ərazilər çimərlik kimi nəzərdə tutulmayıb. Vətəndaşlara bildiririk ki, xilasedici olmayan bu kimi ərazilərdən uzaq dursunlar”, - deyə Akşin Əlili qeyd edib.
Şahanə











































