Dünən mətbuatda zəhərlənməsi ilə bağlı xəbərlərdən sonra pişik Günelin əhvalı ilə maraqlandıq. Bu barədə “Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, əslində bir həftə bundan qabaq zəhərlənib, amma mətbuat dünən xəbər tutub: “Mən bir həftə qabaq qarpızdan çox pis zəhərləndim. Təcili xəstəxanaya aparıb mədəmi yudular. Hər şey yaxşı idi və birdən bu axşam yenə qızdırmam qalxdı, həkim müayinəsindən sonra bir az özümə gəldim. Hazırda yaxşıyam. Ən çox sevdiyim tərəvəz qarpızdır. İndi qarpızı uzaqdan da görəndə özümü pis hiss edirəm. Elə bilirəm bundan sonra qarpız yeyə bilmərəm”.