““Yeni üzə” sahib olmaq üçün bu da kifayət edib”.
“Maşın” realiti-şounun yeni mövsümünün tamaşaçıları müğənninin xarici görünüşündə dəyişiklikləri hiss ediblər. Daha doğrusu tamaşaçılar bu qamətli gözəldə əvvəlki seks-bombanı tanıya bilməyiblər.
AZXEBER.COM 1news.az-a istinadla xəbər verir ki, müğənni sadəcə çəki atmayıb, necə deyərlər “özünə nə isə edib”.
“Gizlətməli heç nəyim yoxdur. Tamaşaçılar düz görüblər. Keçən il ana olmuşam – mayın 24-də qızımın 1 yaşı tamamolacaq. O,dünyaya gəldikdən sonra artıq çəki yığdım. Bununla mübarizə aparmalı idim. Bir neçə ay öncə yeməyimə nəzarət etməyə başladım. Düzünü desəm, pəhrizin əvvəlində çox əziyyət çəkirdim. Sonra alışdım. Abbas Bağırov deyir ki, ideal çəki üçün hələ beş kilo da çəki atmalıyam. O haqlıdır, efirdə həyatda olduğumdançəkili görünürəm. Üzümə gəldikdə isəburnumu korrektə etmişəm və dodaqlarımdan geli çıxartdırmışam,vəssalam. Amma “yeni üzə” sahib olmaq üçün bu da kifayət edib”, - deyə müğənni bildirib.