Gecə Bakının Sabunçu rayonu ərazisində piyadanın ölümün ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sabunçu dairəsi yaxınlığında qeydə alınan hadisə zamanı hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 25-30 yaşlarındakı naməlum kişi avtomaşın zərbəsi ilə üzləşib. Qəzadan sonra piyadanı vuran sürücü idarə etdiyi avtomaşınla birgə hadisə yerindən yayınıb.Hadisədən sonra əraziyə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Müayinələr aparıldıqdan sonra isə mərhumun meyidi daxili və xarici müayinədən aparılması üçün ekspertizaya aparılıb.Hazırda Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən dünyasını dəyişən piyadının şəxsiyyətinin müəyyən edilməsi və hadisə yerindən yayınan sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.