Piyadanı ağır yaralayan sürücü qəza yerindən qaçdı
Bütün Xəbərlər
09:06 22.11.2012
842
Bakı - Sumqayıt yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı 53 yaşlı Suruxanı rayon Hövsan qəsəbə sakini İbrahimov Bəylər Nəbi oğlu naməlum avtomaşının zərbəsi ilə üzləşib. Qəzadan sonra piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Yaralı isə ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və həkimlər tərəifndən ona lazımı tibbi yardım göstərilib.